Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar. Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının […]

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. AZƏRTAC xəbər verir ki, Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar. […]

“Elm” qəzetinin ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevə həsr edilən xüsusi buraxılışı işıq üzü görüb. Qəzetin ilk səhifəsində yer alan “Milli Qurtuluş Günü zəfər təntənəsi ilə” başlıqlı məqalədə qeyd olunur ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və […]

Azərbaycan Milli Elmlər Akademiyasında 2020-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 1. Əliyeva Yaqut Nəcəf qızı 1202.01 Аnaliz və funksional analiz Qiyabi Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası riyaziyyat elmləri doktoru Ziyadxan Əliyev 2. Əliyeva Nigar Sakif qızı 1202.01 Аnaliz və funksional analiz Qiyabi Sərhəd şərtlərinə spektral […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanlarının keçirilməsi 01 iyul 2021-ci il tarixində saat 10:00-da nəzərdə tutulmuşdur (1202.01-Analiz  və  funksional  analiz  ixtisası  üzrə, 1211.01-Diferensial  tənliklər  ixtisası  üzrə). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər