19/05/2021
19 may 2021-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Əkbər Əliyev “Hiperbolik tənliklərin həllərinin qlobal analizi, əsas inkişaf mərhələləri və müasir problemlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyri xətti hiperbolik tənliklər və sistemlər üçün Koşi məsələsi və sərhəd məsələlərinin tədqiqi sahəsində aparılan əsas tədqiqatlar haqqında […]
19/05/2021
19 may 2021-ci il saat 11.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Əkbər Əliyev “Hiperbolik tənliklərin həllərinin qlobal analizi. Əsas inkişaf mərhələləri və müasir problemlər” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə qeyri xətti hiperbolik tənliklər və sistemlər üçün Koşi məsələsi və sərhəd məsələlərinin tədqiqi sahəsində aparılan əsas tədqiqatlar haqda qisa məlumat veriləcək. Həmin sahənin inkişafında […]
19/05/2021
Riyaziyyat bütün elmlərin açarıdır, fizika, kimya, coğrafiyada öz tətbiqini tapır, o cümlədən silahlı münaqişələrdə. Müharibələrin gedişini əsasən iştirakçı ölkələrin ordusunun, texnologiyalarının, vəsaitinin, təbii və insan resurslarının həcmi müəyyənləşdirirdi. Amma bəzən əsas amil tamamilə fərqlidir — intelekt. İkinci Dünya müharibəsi dövründə riyaziyyatçılar yalnız silahların inkişafında iştirak etmirdilər, həm də çox fərqli və xüsusi vəzifələri həll etməyə […]
18/05/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”, “Funksional analiz” və “Riyazi analiz” şöbələrinin 19 may 2021-ci il tarixli birgə iclasında saat 1400-da f-r.e.n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. […]
18/05/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki 1202.01-Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 19 may 2021-ci il tarixli iclasında saat 12:00-da Aida Xurşud qızı Əsgərovanın “Kəsilməz funksiyalar fəzasının altcəbrləri cəmi ilə yaxınlaşma” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin […]
18/05/2021
18 may 2021-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Rakib Feyruz oğlu Əfəndiyev dissertasiya işini […]