25/07/2025
İyulun 23-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az
24/07/2025
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ölkə başçısı Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin […]
23/07/2025
Birləşmiş Ştatların Florida Universitetinin alimləri xərçəngin universal müalicəsinə ümid verən müxtəlif növ şişləri məhv etmək üçün immunitet sistemini aktivləşdirə bilən mRNT vaksini hazırlayıblar. ABŞ mediası xəbər verir ki, uğurlu glioblastoma sınağına əsaslanan eksperimental vaksininin hazırlanmasında COVID-19 peyvəndinə bənzər mRNA texnologiyasından istifadə edilib. Bununla belə, o, virusları hədəfə almaq əvəzinə, xərçəngin növündən asılı olmayaraq şişləri tanımaq […]
23/07/2025
OpenAI-nin təcrübi süni intellekt modeli Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) qızıl medalçı səviyyəsinə çatıb. O, 6 məsələdən 5-ni həll edərək mümkün 42 baldan 35-ni toplayıb. Bu hadisə artıq “süni intellektin inkişafında mühüm mərhələ” kimi qiymətləndirilir, xüsusilə də məntiqi və yaradıcı düşüncə sahəsində. OpenAI-da böyük dil modelləri və məntiqi məsələlər üzrə ixtisaslaşan tədqiqatçı Alexander Wei-nin sözlərinə görə, […]
22/07/2025
Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib. Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə […]
22/07/2025
Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı […]