13/04/2021
Salk Bioloji (ABŞ) Araşdırmalar İnstitutunun alimləri insan beyninin sinir hüceyrələrində onları qocalma və zərərdən qoruyan mexanizm tapıb. Alimlərin qənaətinə görə, bu iş beyin hüceyrələri çatışmazlığı DNT-nin (kopyalanma) kompensasiya etməyə imkan verir. Neyronların, insan həyatı boyunca funksiyalarını qoruyaraq, genomdakı ziyanı bərpa etməyi bacardığı məlumdur. Eyni zamanda, yaşlanmaqla genetik bərpanın effektivliyi azalmağa başlayır ki, bu da insanlarda […]
13/04/2021
Bu günə qədər 154 ölkədə 781 milyondan çox insan COVID-19-a qarşı peyvəndi edilib. “Bloomberg” xəbər verir ki, bu, dünya əhalisinin yalnız 5,1 %-nin tam peyvənd olunduğunu göstərir. Statistik məlumatların mövcud olduğu ölkələrdə orta peyvəndləmə nisbətinin hazırda gündə 17,9 milyon dozaya bərabər olduğu təxmin edilir. Xəbərdə həmçinin hazırlanmış peyvəndlərin qeyri-bərabər paylanmasına da diqqət çəkilib: “Ən yüksək […]
12/04/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş […]
12/04/2021
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. AZƏRTAC xəbər verir ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə […]
12/04/2021
Dünyada 136 641 901 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 949 409 xəstə ölüb, 109 881 553 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 918 591 nəfər), Hindistan (13 527 717 nəfər), Braziliya (13 482 543 nəfər), Fransa (5 058 680 nəfər) və Rusiyadır (4 641 390 […]
12/04/2021
Dünyada son sutkada koronavirusa 747 min yeni yoluxma qeydə alınıb. Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. Sözügedən nəticə yanvarın 10-dan bu yana ən yüksək göstərici olub. Ölənlərin sayı sutka ərzində 13.5 min artıb. Ümumi ölüm sayı 2.9 milyona çatıb. www.oxu.az