15/02/2021
Əliyeva Esmira Tələt qızı 15 fevral 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi bitirmişdir. 1972-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutun ingilis dili fakültəsində təhsil almışdır. 1977-ci ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda fasiləsiz olaraq çalışır. Hörmətli Esmira xanım! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili […]
14/02/2021
Azərbaycanda son sutkada koronavirusa 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 232 123 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib, aktiv […]
14/02/2021
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi. Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti […]
14/02/2021
Qadın və qızların elmdə rolunun artırılması və bu sahədə gender bərabərliyinin təmin edilməsi zamanın tələbidir. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bu istiqamətdə göstərdiyi səyləri davam etdirəcək. AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Beynəlxalq Kral Elm Akademiyasının (RASIT) təşkilatçılığı ilə keçirilən videokonfransda çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik […]
13/02/2021
Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə mümkün olub. Bəyanatda qeyd edilib ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin, təbliğ etməklə […]
13/02/2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər. Gündəliyə əsasən, […]