Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun AMEA-nın Elmi Jurnalların Vəziyyəti Haqqında çıxışı

02 aprel 2021-ci il tarixində Azərbaycan  Milli  Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun AMEA-da Elmi Jurnalların Vəziyyəti Haqqında məruzəsi ilə çıxış edib. Professor  Misir Mərdanov qeyd edib ki, dünyada baş verməkdə olan qloballaşmanın fəsadları, təbii ehtiyatların sürətlə […]

AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub

Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada elmi jurnalların vəziyyəti haqqında məruzə edib. Məruzəçi qeyd edib ki, dünyada baş verən qlobal hadisələr, təbii fəlakətlər, ərzaq qıtlığı və bu […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı, həmçinin C.Ə.Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb. Nəşrin növbəti səhifələrində Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının […]

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında 2011-ci il 14 iyun tarixli Qərarında dəyişiklik edib. Qərara əsasən, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, […]

Şanlı Aprel döyüşlərindən beş il ötür

Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən beş il ötür. AZƏRTAC xəbər verir ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 130 186 501 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 840 296 xəstə ölüb, 104 898 496 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 244 639 nəfər), Braziliya (12 842 717 nəfər), Hindistan (12 303 131 nəfər), Fransa (4 695 082 nəfər) və Rusiyadır (4 554 264 […]

Faydalı linklər