Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 05 noyabr 2020-ci il tarixli 7 saylı iclas protokolunun GÜNDƏLİYİ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar AMEA FRTEB-in elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri və elmi prioritetləri haqqında. Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi haqqında. 2023-cü ildə Bakı şəhərində Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə dair təkliflər. […]

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olunub

Noyabrın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, şura üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər. İclasın gündəliyində […]

Qarabağın hər yerində bayrağımız dalğalanacaqdır!

…Xalqımız qızıl kimi müzəffər tarixi günlərə şahidlik edir! 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı […]

Alimlərimizin xaricdə çıxışlarına mane olmağa çalışırlar

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəbhədə bütün çətinliklərə baxmayaraq qətiyyətlə irəliləməkdə davam edir. Demək olar ki, hər gün ya strateji yüksəkliklər azad edilir, ya da işğal olunmuş kəndlərimiz geri qaytarılır. Bu da Azərbaycan xalqını çox ürəkdən sevindirir, böyük ruh yüksəkliyi yaradır. Bu sözləri açıqlamasında AMEA-nın birinci vitse-prezidenti , akademik İsa Həbibbəyli deyib. […]

Rəyasət Heyətinin iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müzakirə olunub

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər. […]

Faydalı linklər