Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçiriləcək

AMEA Riyaziyyat və Mexanika İnstitutunun aşağıda adları qeyd olunan əməkdaşlarının Elmi Şuranın 25 dekabr  2019-cu il tarixli saat 11 00-da keçiriləcək iclasında iştirakları mütləqdir:        “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Şöbə müdiri – Əbdürrəhim Quliyev Baş elmi işçi  – Fərman Məmmədov       “Maye və qaz mexanikası” şöbəsi üzrə Baş elmi işçi […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 1.792 yüksək impakt faktorlu “Analysis and Mathematical Physics” jurnalında çap olunub. “Sərhəd şərtləri spektral parametrdən asılı olan Şrödinger operatorları üçün Riss bazisliyi meyarı” adlı məqalədə hər iki sərhəd şərtində spektral parametrdən asılılığı olan birölçülü Şrödinger operatorunun məxsusi […]

İLHAM ƏLİYEV gerçəkliyi

Müstəqil Azərbaycan Respublikasının ən yeni dövrü ölkəmizin Prezidentinin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Dövlətimizə böyük uğurla rəhbərlik etdiyi on altı il müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Özünəməxsus çətinliklərlə, mürəkkəb situasiyalarla müşayiət olunan bu illər eyni zamanda həm də müstəqillik tariximizin salnaməsinə həkk olunmuş tarixi zəfərlərlə, yeni-yeni nailiyyətlərlə zəngindir. Azərbaycan Respublikasının son […]

Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” məqaləsinə həsr olunan dəyirmi masa keçirilib

Fəlsəfə İnstitutunda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” məqaləsinə həsr olunan dəyirmi masa keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq sözügedən məqalə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, məqalə İlham Əliyev fenomeninin elmi cəhətdən qiymətləndirilməsi baxımından olduqca təqdirəlayiqdir. İ.Həbibbəyli, həmçinin akademik Ramiz Mehdiyevin elmi fəaliyyətinə nəzər salıb, əsərlərindən nümunələr gətirib. Sonra […]

Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin yanvar ayında tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 yaşı tamam olur.  Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə […]

Professor Misir Mərdanov Azərbaycan Dövlət Pedaqoji İnstitutununda məruzə edib

19 dekabr 2019-cu ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, professor-müəllim heyəti qarşısında “Nüfuzlu elmi jurnallarda məqalə çap etməyin yolları” mövzusunda mühazirə oxumuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər