Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda məruzə edib. Məruzədə əmsalın tapılması məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi yeni məsələdə optimal idarəedicinin varlığının isbatı, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin alınması şərh olunub. © […]

“Elm” qəzetinin nəşrə başlamasından 35 il ötür

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin fəaliyyətə başlamasından 35 il ötür. Qəzet 1984-cü ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin və Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin orqanı kimi keçmiş “Kommunist” nəşriyyatının mətbəəsində dərc edilib. Beləliklə, müttəfiq respublika akademiyaları arasında “Elm” qəzeti ilk dəfə Azərbaycanda işıq üzü görüb və qısa müddətdə populyarlığını […]

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən “Elm” qəzetinin növbəti nömrəsi yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi və Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamları, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı AMEA […]

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti təkmilləşdirilir

Dekabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib. İclas AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı  jurnalda dərc edilib. “Laplace-Bessel operatorları ilə bağlı Hardi fəzasının xarakterizasiyası” (https://link.springer.com/article/10.1007/s13324-019-00335-5) adlı məqalədə […]

Gənc alim İstanbulda davam edən beynəlxalq konfransda məruzə edib

17.12.2019 tarixindən başlayaraq Türkiyənin İstanbul şəhərində keçirilən “Mexanika mühəndisliyində nailiyyətlər” mövzusunda sayca 5-ci beynəlxalq konfrans öz işini davam etdirir. ABŞ, Kanada, Almaniya, Çin və digər inkişaf etmiş ölkələrin nüfuzlu alimlərinin qatıldığı ənənəvi elmi tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov da iştirak edib. Gənc alimin […]

Faydalı linklər