Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

2025-ci ilin ən qeyri-adi ixtiraları

2025-ci il süni intellekt, robototexnika və yeni nəsil avadanlıqlar sahələrində inqilabi irəliləyişlər, hətta böyük bir sıçrayış ili oldu. Publika.az xəbər verir ki. “Euronews” ötən ilin ən qeyri-adi ixtiralarının siyahısını tərtib edib – heyvanlar üçün robot köməkçilərdən və süni intellektlə işləyən dodaq boyası tətbiqedicilərindən tutmuş, insan dərisi kimi parlayan telefon üzlüklərinədək. NE – təmizlik edə bilən, […]

Misirin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır

Misirin Qalyubiyyə vilayətinin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır. Universitetin saytında bununla bağlı elan yerləşdirilib. AZƏRTAC xəbər verir ki, beləliklə Misirdə Azərbaycan dilinin tədris edildiyi ali məktəblərin sayı 4-ə çatıb. Bənhə Universitetinin rektoru Nasir əl-Cizavinin rəhbərlik etdiyi Xarici Dillər Mərkəzi Azərbaycan dili üzrə hazırlıq kursuna qəbul elan edib. Kurs ödənişsizdir və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına bayram hədiyyələri təqdim olunub

30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə institutda çalışan 24 nəfər əməkdaşa bayram hədiyyələri təqdim olunub. İnstitutun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadə bayram hədiyyələrini təqdim edərək institutun kollektivini əlamətdar […]

2025-ci ildə Azərbaycan elmində hansı yenilik və nailiyyətlər qazanılıb?

2025-ci il yekunlaşarkən aydın görünür ki, bu il Azərbaycan üçün elm və təhsil sahəsində mühüm axtarışlar, institusional yenilənmələr və beynəlxalq əməkdaşlıqlar ilə yadda qalıb. Təhsil islahatları, elmi infrastrukturun modernləşdirilməsi, elmi müəssisələrin optimallaşdırılması, rəqəmsallaşma istiqamətində atılan addımlar ölkənin intellektual potensialına yeni dinamika qazandırıb. Lakin bu ümumi mənzərənin fonunda əsas sual dəyişmir: il ərzində alimlərimiz hansı elmi […]

Azərbaycan riyaziyyatçıları -Rəxşəndə Cabbarzadə

Cabbarzadə Rəxşəndə Məmməd qızı, spektral nəzəriyyə sahəsində mütəxəssis. 30 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı ildə 134 saylı məktəbi, 1961-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildə ADU-nun aspiranturasına daxil olmuşdur. 1964-cü ildə Bakıda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Кратное разложение по системе собственных присоединенных элементов несамосопряженных операторов, полиномиально зависящих […]

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında institutların illik elmi hesabatları müzakirə edildi

ETN Fizika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının bir sıra elmi müəssisələrinin illik hesabatlarına həsr olunmuş iclası keçirildi. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin elmi rəhbərləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak edirdilər. İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, ETN İnformasiya Texnologiyaları İnstitutunun […]

Faydalı linklər