Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alim nüfuzlu “Journal of Function Spaces” jurnalında redaktorluq fəaliyyətinə görə təltif olundu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, professor Rövşən Əlifağa oğlu Bəndəliyev Almaniyanın nüfuzlu Wiley nəşriyyatı tərəfindən Wiley Editor sertifikatı ilə təltif edilmişdir. Sertifikat professor R.Ə. Bəndəliyevin beynəlxalq səviyyədə tanınan və elmmetrik bazalarda indeksləşmiş “Journal of Function Spaces” elmi jurnalında redaktorluq fəaliyyəti […]

Azərbaycan riyaziyyatçıları- Əlifəttah Şahbazov

Şahbazov Əlifəttah Əlibaba oğlu, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 1934-cü il dekabrın 29-da Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuş, 1943-1953-cü illərdə Maştağa qəsəbə 128 saylı orta məktəbdə, 1953-1958-ci illərdə ADU-nun “Fizika-riyaziyyat” fakültəsində təhsil almış, 1958-ci ildə ADU-nun aspiranturasına qəbul olmuş və elmi işlərini davam etdirmək üçün Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna ezam olunmuşdur. […]

Azərbaycan riyaziyyatçıları- Rəşid Məmmədov

Məmmədov Rəşid Həmid oğlu 27 dekabr 1931-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş, 1938-1948-ci illərdə kənd orta məktəbində oxumuş, 1948-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1952-ci ildə riyaziyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və aspirant kimi institutda saxlanılmışdır. 24 may 1954-cü ildə “Funksiyaların polinomlarla və tam funksiyalarla yaxınlaşmasının […]

“Elm” qəzetinin 2025-ci ildə sonuncu nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2025-ci ildə sonuncu nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “İlham Əliyev missiyası” məqaləsi təqdim edilib. Bu sayda Xalq yazıçısı Yusif […]

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 […]

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

24 dekabr tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İlkin olaraq, elmi iş müəlliflərinin mükafatlandırılması üzrə tətbiq edilən mövcud yanaşma dəyərləndirilib. Şura üzvlərinin bu mövzu ilə bağlı Katibliyə təqdim edəcəkləri təkliflər […]

Faydalı linklər