Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan riyaziyyatçıları- Fərhad Tağıyev

Tağıyev Fərhad Əşrəf oğlu, fizika-riyaziyyat elmləri namizədi, professor, hesablama riyaziyyatı sahəsində mütəxəssis, 16 noyabr 1934-cü ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuş, 1957-ci ildə fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmiş, 1967-ci ildə “Cırlaşan tənliklər üçün bəzi sərhəd məsələlərinin tor üsulu ilə həlli” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Əmək fəaliyyətinə AEA-nın Riyaziyyat və mexanika institutunda başlamış, sonralar […]

Azərbaycan riyaziyyatçıları- Elyar Həsənov

Həsənov Elyar Eldar oğlu, – diskret riyaziyyat, idarəedici sistemlər nəzəriyyəsi, avtomatlar nəzəriyyəsi, riyazi linqvistika sahələrində tanınmış mütəxəssis, 14 noyabr 1959-cu ildə Moskva şəhərində anadan olmuş, 1967-1974-cü illərdə Daşkənd vilayəti Orconikidze rayonunun 2 nömrəli, 1974-1977-ci illərdə Daşkənd şəhəri 110 nömrəli məktəbində oxumuşdur. 1977-1982-ci illərdə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, 1982-1985-ci illərdə […]

“ChatGPT”nin iki yeni versiyası təqdim edildi

“OpenAI” şirkəti “ChatGPT”nin iki yeni versiyasını təqdim edib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar “GPT-5.1 Instant” və “GPT-5.1 Thinking” adlı dil modelləridir. Məlumata görə, ilkin mərhələdə yenilənmələrdən “ChatGPT”nin “Plus” və “Pro” abunəçiləri yararlana biləcəklər. Yeni versiyalar növbəti bir neçə gün ərzində tədricən istifadəçilərə təqdim olunacaq. “GPT-5.1 Instant” modeli sürətə yönəlib və gündəlik ünsiyyət, qısa […]

Alimlər ilk beyin atlası tərtib ediblər

Alimlər beyin hüceyrələrinin müxtəlif növlərinin erkən embrional və döl mərhələlərindən yetkinlik yaşına qədər necə yarandığını və yetkinləşdiyini müəyyən etmək üçün iddialı bir təşəbbüsdə uğur əldə ediblər. Bu biliklər autizm və şizofreniya kimi beyinlə əlaqəli müəyyən xəstəliklərin öhdəsindən gəlməyin yeni yollarını göstərə bilər. Еədqiqatçılar inkişaf edən insan və məməli heyvan beyninin atlaslarının ilk layihəsini tamamladıqlarını bildiriblər. […]

“İlin Alimi – 2025” müsabiqəsinə start verilib

Azərbaycan Elm Fondu “İlin Alimi – 2025” mükafat müsabiqəsinə start verib. “Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkəmizdə elmin inkişafına töhfə vermiş alim və tədqiqatçıların fəaliyyətini qiymətləndirmək, onların elmi nailiyyətlərini ictimaiyyətə təqdim etmək və beynəlxalq elmi əməkdaşlığı gücləndirməkdir. Azərbaycan Elm Fondunun əsas prioritetlərindən biri şəffaflıq və obyektivlik prinsiplərinin tam təmin edilməsidir. Müsabiqənin tam […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda İnstitutun “Riyazi-fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Harnak bərabərsizliyinə dair müxtəlif tənliklər üzrə qısa icmal […]

Faydalı linklər