23/12/2025
Ayda-zadə Kamil Rəcəb oğlu, toplanmış və paylanmış parametrli sistemlərin optimal idarəetmə məsələlərinin nəzəriyyəsi və ədədi üsulları sahəsində tanınmış mütəxəssis, 23 dekabr 1950-ci ildə Qusar rayonunda anadan olmuş, 1967-ci ildə Bakı şəhəri 189 nömrəli riyaziyyat təmayüllü məktəbi, 1972-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Akademik Məcid Rəsulovun elmi rəhbərliyi ilə «Kontur inteqral üsulunun bir tətbiqi barədə» mövzusu […]
23/12/2025
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin […]
22/12/2025
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının iclası keçiriləcək 25 dekabr 2025-ci il tarixində, saat 1000 -da AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının 2025-ci il üzrə illik hesabatlara həsr olunmuş iclası keçiriləcəkdir. İclasda FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorlarının, elmi katiblərinin, […]
22/12/2025
24 dekabr 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun Cəbr və Riyazi Məntiq şöbəsinin müdiri, dosent Əli Babayev «Evklidin “Əsaslar” əsərinin II kitabına Nəsirəddin Tusinin şərhləri və düz xətt parçalarının hasili haqqında» mövzusunda məruzə ilə çıxış edəcək. Bir qrup riyaziyyatçılar Evklidin «Əsaslar» […]
22/12/2025
Əliyev Nihan Əlipənah oğlu, 22 dekabr 1938-ci ildə Bakı şəhərində anadan olmuş, 1956-cı il 1-ci Zabrat qəsəbəsi 73 saylı orta məktəbi bitirmiş, 1957-1962-ci illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1963-cü ildə riyazi fizika tənlikləri kafedrasında aspiranturaya daxil olmuşdur. 1967-ci ildə Ukraynanın Lvov şəhərindəki İvan Franko adına Dövlət Universitetində akademik Məcid Rəsulovun rəhbərliyi ilə “Асимптотические представления […]
22/12/2025
İsmayılov Arif Yadulla oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 22 dekabr 1929-cu ildə Qazaxda anadan olmuş, orta təhsilini 1936-1946-cı illərdə Quba şəhərinin 1 saylı orta məktəbində almış, 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə ali məktəbi bitirmiş, 1952-1955-ci illərdə həmin universitetin aspirantı olmuşdur. 1955-ci ildə ADU fizika-riyaziyyat fakültəsinin Elmi Şurasında […]