22/05/2025
Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi […]
22/05/2025
Generativ süni zəka yeni nəsil zavodlarda istehsal işlərinin 80%-ni yerinə yetirə bilər, lakin qalan 20% tapşırıqlar üçün hələ də ixtisaslı mütəxəssislər – insanlar tələb olunacaq. Bu fikri Computex 2025 sərgisi çərçivəsində Taybeydə çıxış etmiş dünyanın ən böyük kontrakt elektronika istehsalçısı olan Foxconn şirkətinin sədri Young Liu səsləndirib. “Bu təcrübədən əvvəl düşünürdük ki, bəlkə də insanları, hər bir işçini əvəz edə bilərik. Amma […]
22/05/2025
22.05.2025-ci il tarixdə Elm və Təhsdil nazirliyi Riyaziyyat və mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Ali Neft Məktəbinin dosenti Nicat Əliyev “Böyükölçülü strukturlu həqiqi sabitlik radiusunun təqribi hesablanması üçün alt fəza metodu” mövzusunda məruzə edib. Məruzədə böyükölçülü sistemlər üçün strukturlaşdırılmış real sabitlik radiusunun hesablanması məsələsi araşdırılıb. Bu məqsədlə yeni bir altfəza əsaslı yanaşma […]
21/05/2025
Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub. Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata […]
21/05/2025
21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellektin tarixi və tədrisə tətbiqi” adlı məruzə ilə çıxışı etdi. Məruzədə Süni intellektin tarixini qısa şəkildə nəzərdən keçirməklə yanaşı və son onilliklərdə […]
21/05/2025
22.05.2025-ci il tarixdə saat 10:30-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda Bakı Ali Neft Məktəbinin dosenti Nicat Əliyev “Böyükölçülü strukturlu həqiqi sabitlik radiusunun təqribi hesablanması üçün alt fəza metodu” mövzusunda məruzə edəcək. Məruzədə böyükölçülü sistemlər üçün strukturlaşdırılmış real sabitlik radiusunun hesablanması məsələsi araşdırılır. Bu məqsədlə yeni bir […]