Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Milli-mənəvi dəyərlər və insan haqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Milli-mənəvi dəyərlər və insan haqları” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. […]

Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir. “Azərbaycan müəllimi” xəbər verir ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: Daha güclü, daha cəsarətli, […]

“Çəkili Morri fəzalarında Buerlig-Alfors kommutatorunun məhdudluğu” mövzusunda seminar keçirildi

20.05 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Riyazi analiz ” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda ADA Universitetinin baş müəllimi,r.ü.f.d. Cavanşir Əzizov “Çəkili Morri fəzalarında Buerlig-Alfors kommutatorunun məhdudluğu haqqında” məruzə ilə çıxış etdi. Məruzədə Buerlig-Alfors operatorunun [b;B] kommutatorunun b BMO (C) daxil olduqda məhdudluğu, zəruri və kafi şərtlər haqqında teoremlər müzakirə edildi. […]

ELAN

21 may 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellektin tarixi və tədrisə tətbiqi” adlı məruzə ilə çıxış edəcək. Hilalə Əlmərdan qızı Cəfərova 1999-cu ildə Bakı Dövlət Universitetinin […]

“Azərbaycanlı alimlərin riyaziyyat və neyron şəbəkələri sahəsində beynəlxalq tanınması: Vüqar İsmayılov və Namiq Quliyevin Uğuru”

Bu günlərdə Azərbaycan alimlərinin növbəti uğuru bizi çox sevindirdi. Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri riyaziyyat elmləri doktoru, professor Vüqar İsmayılov və “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi  fizika-riyaziyyat elmləri namizədi Namiq Quliyevin növbəti uğurunun şahidi olduq. Rus alimləri Vasiliy Eshkin, Aleksandr Malxanov və Mixail Smorkalovun impact faktoru 3,8 […]

ELAN

AHİK Üzvləri Üçün Xüsusi Təklif! Sizi dəyərinin 15% -ni  ödəməklə  7 və ya 14 gün ( 3 dəfə gidalanmaqla) tam müalicə paketi təklif edirik -“Bilgəh” kardioloji sanatoriyası – “Abşeron” mədə-bağırsaq sanatoriyası – “Qaranquş” uroloji sanatoriyası – “Günəşli” nevroloji sanatoriyası – “Şıx” sanatoriyası (dayaq –hərəkət sistemi xəstəliklərinin müalicəsi) – Buzovna  Fizioterapiya Mərkəzi – Xəzər Turist Bazası […]

Faydalı linklər