12/05/2025
Ağayev Bəylər Əbdülrəhim oğlu, riyaziyyatın tədrisi metodikası və riyaziyyat tarixi sahəsində tanınmış mütəxəssis, 12 may 1905-ci ildə Şuşa şəhərində sənətkar ailəsində anadan olmuş, ibtidai təhsilini 1915-1919-cu illərdə Şuşada rus-tatar məktəbində almışdır. Bəylər Ağayevə həmin məktəbdə dərs deyən Həmid Ağayevin (1885-1939) onun inkişafında mühüm rolu olmuşdur. Həmid Ağayev 1905-ci ildə İrəvan seminariyasını bitirmiş və ömrünün sonuna […]
10/05/2025
Bu gün müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad edirik. Heydər Əliyev XX və XXI əsr Azərbaycan tarixində parlaq iz qoymuş, xalqını zamanın çətin və sınaqlı dönəmlərindən uğurla çıxarmış qüdrətli liderlərdən biri olmuşdur. Onun müdrik siyasəti, uzaqgörənliyi və dönməz […]
09/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 12 iyun 2025-ci il tarixində İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2025 il may ayının 31-dək aşağidaki sənədləri təqdim etməlidirlər: 1. Ərizə 2. Şəxsiyyət vəsiqəsinin sürəti 3. Elmi işlərin siyahısı 4. Dissertasiya işinə aid 15 sual Sənədlər […]
09/05/2025
Bəşirov Ağamirzə Ənvər oğlu, stoxastik optimal idarə etmə, sistemlər nəzəriyyəsi, riyazi analiz sahəsində mütəxəssis, 9 may 1954-cü ildə Salyan şəhərində anadan olmuş, 1961-1971-ci illərdə Bakı şəhəri 132 nömrəli məktəbdə təhsil almış, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxumuşdur. 1976-1979-cu illərdə AEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) aspirantı olmuşdur. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının […]
08/05/2025
Elmlər doktorluğu proqramı Azərbaycanın elmi potensialının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınması baxımından mühüm rol oynayır. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr müavini Sakin Cabarov İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında elmi dərəcələrin verilməsinin sadələşdirilməsi ilə bağlı müzakirələr zamanı səsləndirib. Sakin Cabarov bildirib ki, bəzi şəxslər elmlər doktorluğu […]
08/05/2025
“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”da vətəndaşlar daha çox süni intellekt və data elmi sahələrinə aid təlimlərə müraciət edirlər. “Azərbaycan müəllimi” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram” […]