Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində, 21 may 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov […]

ELAN

İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək. 23–25 iyun 2025-ci il tarixlərində İstanbul Yıldız Texniki Universitetinin Fənn-Ədəbiyyat Fakültəsində beynəlxalq TURAN-Təbiət Elmləri Simpoziumu (TURAN25) keçiriləcək. TURAN25 simpoziumunun məqsədi bütün türk dövlətlərindən olan dəyərli alim və tədqiqatçıları bir araya gətirərək, “bir millət, iki dövlət” prinsipi əsasında əməkdaşlıq və akademik əlaqələri gücləndirməkdir. TURAN25 […]

Azərbaycan riyaziyyatçıları-Fəxrəddin Abdullayev

Abdullayev Fəxrəddin Gülməmməd oğlu, yaxınlaşma nəzəriyyəsi, cəbiri polinomlar sahəsində mütəxəssis, 15 may 1957-ci ildə Şamaxı rayonunun Sündi kəndində (indi Qobustan ərazisi) anadan olmuş, 1974-cü ildə Bakı şəhəri 16 (indiki 52) nömrəli məktəbini bitirmişdir. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, 1984-1986-cı illərdə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı […]

“Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda seminar keçirilib

15 may 2025-ci il tarixində Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin şöbəsinin aparıcı elmi işçisi r.e.d. Yusif Qasımov “Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda məruzə edib. Məruzədə bir ölçülü Pauli operatoru üçün məhdud oblastlarda qoyulmuş sərhəd məsələləri, baxılan məsələlərin həlləri triqonometik sıralar […]

Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi

14 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda professor Aqil Xanməmmədov “Diskret Şturm-Liuvill operatorlarının spektral nəzəriyyəsinə dair bəzi qeydlər” mövzusunda məruzə etdi. Məruzədə əmsalları məhdud ardıcıllıqlar olan diskret Şturm-Liuvill tənliyinin həllərinin bazisliklə bağlı müəyyən xassələri öyrənilir. Əmsalları qeyri-məhdud ardıcıllıqlar olan bir diskret Şturm-Liuvill operatorunun […]

ELAN

15.04.2025-ci il tarixində saat 10:30-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnatitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi r.e.d. Yusif Qasımov “Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir ölçülü Pauli operatoru üçün məhdud oblastlarda qoyulmuş sərhəd məsələləri, baxılan məsələlərin həlləri triqonometik […]

Faydalı linklər