Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan artıq 32 il keçir. Bu tarix Azərbaycan xalqı üçün sadəcə bir təqvim bayramı deyil, milli dövlətçiliyimizin yenidən dirçəldiyi, müstəqilliyimizin qorunduğu taleyüklü gündür. Məhz həmin gün Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxardı, müstəqil […]

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfli görüşü baş tutub. Sözügedən görüş zamanı iki ölkə arasında elm sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında ilk sayı çapdan çıxıb. Bu sayın ön səhifəsində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında və Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları təqdim edilib. Bugünkü […]

ELAN

Hörmətli həmkarlar! 23-29 iyun 2025-ci  il tarixlərində Nabranda yerləşən Təhsil İstirahət Mərkəzinə (yollayışlarının 15% dəyərini ödəməklə 1 həftəlik 1 nəfər üçün nəzərdə tutulan) istirahət təşkil edilir. Bir nəfər üçün ödəniş haqqı 75 AZN təşkil edir. Arzu edənlər Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadəyə müraciət etsin. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib

Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. Elm və təhsil naziri çıxışında Azərbaycan Respublikası tərəfindən beynəlxalq elmi əməkdaşlıq və innovasiya yönümlü inkişafın təşviqi və […]

“Optimallıq üçün yüksək tərtibli zəruri şərtlər və onun tətbiqləri” mövzusunda seminar keçirilib

12.05.2025-ci il tarixdə Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Optimallıq üçün yüksək tərtibli zəruri şərtlər və onun tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə harmonik osilatorla bağlı məsələ üçün yüksək tərtibli zəruri şərtlər şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Faydalı linklər