Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

AR ETN Riyaziyyat və Mexanika İnstitunun ED 1.04  dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 21 iyun 2023-cü il tarixli iclasında saat 11:00-da Fidan Şahin qızı Mehdiyevanın “Qeyri-standart Hardi fəzalarında Riman sərhəd məsələsinin həllolunanlığı və bazis məsələlərinə tətbiqi” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]

93 gün okeanın dibində qalan alim cavanlaşıb

Cənubi Florida Universitetinin professoru və dalğıc Cozef Dituri 100 kvadratmetrlik xüsusi Jules kapsulunda okeanın dibində 93 gün keçirib. Məlum olub ki, təcrübə onun bədənini “cavanlaşdırıb”. Alimlər Diturini tədqiq edərək müəyyən ediblər ki, onun telomerləri (zamanla azalan hüceyrələrin gəncliyinə cavabdeh olan xromosom strukturları) 20%, kök hüceyrələrinin sayı isə on dəfə artıb. Eyni zamanda, xolesterol səviyyəsi əhəmiyyətli […]

Elmi izahı olmayan bu maraqlı hadisələr haqqında eşitmisinizmi?

Elm adamlarının az qala, bütün suallara cavabları var və əgər cavab yoxdursa, bunun necə işləməsi və ya baş verməsi barədə ən azı nəzəriyyələr var. Plasebo effekti Plasebo heç bir terapevtik təsiri olmayan “dərman”dır. Elm adamları uzun müddətdir ki, bu sirr üzərində baş sındırırlar. Bir insan həbdən necə canını qurtara bilər? Çoxsaylı eksperimentlər göstərdi ki, bir […]

ELAN

21 iyun 2023-cü il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qrənd Sobolev fəzalarında 2m tərtib elliptik tənlik üçün Dirixle məsələsinin fredholmluğu haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə kifayət qədər hamar ∂Ω sərhədinə malik Ω⊂Rn  oblastında baş hissəsinin əmsalları kəsilməz olan  2m […]

Alimlər Avstraliya qayasında milyard il əvvələ aid olan “itirilmiş dünya” tapıblar

Alimlər Avstraliyanın şimalındakı qayalarda qədim orqanizmlərin milyard il əvvələ aid olan “itirilmiş dünyası”nı aşkar ediblər. Bu, elmdə insanların ən qədim əcdadları haqqında olan anlayışı dəyişdirə bilər. Tədqiqatçıların fikrincə, “protosterol biota” kimi tanınan mikroskopik canlılar evkaryot adlanan orqanizmlər ailəsinin bir hissəsidir və təxminən 1,6 milyard il əvvəl okeanlarda yaşayıblar. Evkaryot hüceyrənin “güc mərkəzi” olan mitoxondriləri və […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, “Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik”, “Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri”, “Heydər Əliyev və Azərbaycan […]