Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib

ChatGPT biznes istifadəçiləri üçün bulud yaddaş sistemləri ilə işləməyi öyrənib. İndi süni zəka Google Disk, Dropbox, Box, SharePoint və OneDrive platformalarına qoşularaq şirkətlərin daxili sənədləri əsasında məlumat axtara və dərin analiz (deep research) apara bilər. Çat-bot həmçinin görüşləri yazıb canlı yayımlaya, taymkodlarla qeydlər yarada, əsas məqamları seçə və müzakirələr əsasında fəaliyyət təklifləri təqdim edə bilir. […]

ELAN

11 iyun 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellekt alətlərinin akademik araşdırmalara tətbiqi” adlı məruzə ilə çıxış edəcək. Məruzədə Süni intellekt (Sİ) alətlərinin akademik araşdırmaların planlaşdırılması, aparılması və […]

Azərbaycan riyaziyyatçıları- Yusif Qasımov

Qasımov Yusif Soltan oğlu 8 iyun 1968-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1985-ci ildə Süleymanlı kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ilə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur. 1997-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda […]

Azərbaycan riyaziyyatçıları-Arif Səlimov

Səlimov Arif Ağacan oğlu, 7 iyun 1956-cı ildə Ağsu rayonunda anadan olmuş, 1973-cü ildə Ağsu şəhər 1 nömrəli orta məktəbini, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini bitirmişdir. 1980-1983-cü illərdə Kazan Dövlət Universitetinin aspirantı olmuş, 1983-cü ildə Kazanda professor V.V.Vişnevskinin rəhbərliyi ilə “Diferensiallanan çoxobrazlıların və onların toxunan laylaşmalarının üzərində poliaffinor strukturlar (01.01.04)” mövzusunda namizədlik, […]

Qurban Bayramınız Mübarək !

Hörmətli həmkarlar! Sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu əziz bayramın hər birinizin ailəsinə bol ruzi, sevinc və xoşbəxtlik gətirməsini arzulayırıq. Qurban Bayramı birlik, mərhəmət və paylaşmaq ruhunu yaşadan müstəsna bir gündür. Bu dəyərlərin hər zaman həyatımıza işıq tutmasını və bizi daha da birləşdirməsini diləyirik. Bayram münasibətilə sizə və ailənizə can sağlığı, xoşbəxtlik […]

Azərbaycan riyaziyyatçıları- Qabil Yaqubov

Yaqubov Qabil Ənvər oğlu, optimal idarəetmə sahəsində mütəxəssis, 1954-cü il iyunun 5-də Yardımlı rayonunun Bərcan kəndində anadan olmuşdur. 1978-ci ildə ADU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1981-ci ildə həmin fakültənin aspiranturasına qəbul olmuş, 1986-cı ildə professor Asəf İsgəndərovun rəhbərliyi ilə “Şredinger tənliyi üçün optimal idarəetmə məsələsi (01.01.-2)” mövzusunda namizədlik, 1994-cü ildə Kiyev Dövlət Universitetində “Kvazixətti Şredinger […]

Faydalı linklər