Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ABŞ-da vəkillərdən biri məhkəmədə ChatGPT-nin uydurulmuş məlumatlarından istifadə edib

Süni zəka əsaslı çat-botlar istifadəçilər arasında məşhur olsalar da, onlar çox zaman uydurulmuş məlumatları həqiqəti əks etdirən faktlar kimi təqdim edirlər. Bu isə istifadəçilərdə müvafiq mövzular üzrə səhv fikirlərin yaranmasına səbəb olur. Süni zəka əsaslı çat-botların bu özəlliklərindən Levidow, Levidow & Oberman adlı hüquq şirkətinin vəkili Steven Schwartz da zərər çəkib. Belə ki, Steven Schwartz öz müştərisi Roberto Mata-nın məhkəmə işində ChatGPT çat-botundan istifadə edib. Vəkilin […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

31 may 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. İnstitutun Qeyri-harmonik analiz şöbəsi r.e.d., dosent Telman Qasımov “Sonlu parçada verilmiş adi differensial operatorların məxsusi funksiyalarının bazislik xassələri” mövzusunda məruzə edib. Məruzədə sonlu parçada verilmiş adi diferensial operatorlar üçün iki nöqtəli, çoxnöqtəli və inteqral şərtləri ilə verilən sərhəd məsələlərinin requlyar […]

İnsanın mənşəyi ilə bağlı sensasiyalı nəzəriyyə

Alimlər insanın mənşəyi ilə bağlı sensasiyalı nəzəriyyə irəli sürüblər. Tədqiqatçıların fikrincə, qitənin əks tərəflərində iki populyasiya birləşərək, nəticədə 120.000 il əvvəl mövcud olan subpopulyasiyalara bölünə bilərdi. Kaliforniya Universitetinin tədqiqatçılarının tapıntılarına görə, müasir bəşəriyyət Afrikadan Avropaya köçmüş primatların ayrıca bir qolundan deyil, bir-biri ilə daim cinsləşən bir neçə növdən yaranıb. Cənubi Afrika, Sierra Leone, Efiopiya və […]

Riyaziyyat və Mexanika İnstitutunun Əməkdaşları Gəzintidə

AR Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika  İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 27-29 may 2023-cü il tarixlərində institutun 24 nəfər əməkdaşı üçün  Azərbaycanın səfalı güşələrindən Balakən, Zaqatala, Qax rayonlarına qəzinti təşkil edilib. Balakəndə yerləşən “Kubek” hotelində (2 gecə 3 gün)  istirahət edən əməkdaşlar üçün turlar təşkil olunub. Tur çərçivəsində Qax […]

Azərbaycanın müstəqillik qazanmasından 105 il keçir

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları […]

Çin alimləri nanorobotları xərçəng, diabet və infarktın müalicəsi üçün öyrədiblər

Harbin Texnologiya İnstitutunun alimləri dərmanları qan damarları vasitəsilə insan bədəninin istənilən yerinə çatdıra bilən nanorobotlar yaratmaqla bütün xəstəliklərin müalicəsində inqilab ediblər. Nanorobotlar bədənin xərçəngli şişdən təsirlənən hər bir hüceyrəsinə, istər beynində olsun, istərsə də yumurtalıqlarında dərman çatdıracaq və yeridəcək. Nanorobotlar həmçinin ürəyin zədələnmiş nahiyəsinə kök hüceyrələri çatdırmaqla infarktdan xilas edə biləcək. Ürəyin təsirlənmiş bölgələrini sağaltmaqla, […]