Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

03.04.2025-ci il saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat […]

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. “Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyi […]

Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir

Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir. Melburn Universitetinin hidroloq professor Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının – o cümlədən torpaq, çay və göllərdəki suyun – əksəriyyəti […]

ELAN

02. 04. 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keciriləcək.Seminarda fizika-riyaziyyat elmləri doktoru,professor Mübariz T. Qarayev “Operatorların invariant alt fəzaları haqqında” movzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Hilbert və Banax fəzalarında təsir edən operatorların invariant alt fəzaları müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Azərbaycan riyaziyyatçıları” – professor Nazim Abbasovun anadan olmasından 95 il ötür

Abbasov Nazim Tanrıverdi oğlu, həndəsə sahəsində mütəxəssis, 1930-cu il aprelin 1-də Ağstafa rayonunun Marksovka kəndində anadan olmuşdur. 1949-cu ildə Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1954-cü ildə universiteti bitirərək riyaziyyatçı ixtisasına yiyələnib. 1955-ci ildə aspiranturaya qəbul olunmuşdur. 1959-cu ildə S.M.Kirov […]

31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri

1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək […]

Faydalı linklər