30/03/2025
Hörmətli həmkarlar! Ramazan Bayramınız mübarək! Bu müqəddəs bayramda ailəniz və yaxınlarınızla birlikdə sağlam, xoşbəxt və bol ruhi sülh içində olmağınızı diləyirik. Allah oruc və dualarınızı qəbul etsin, hər birinizə bərəkət, sevgi və xoşbəxtlik bəxş etsin. Bayramınız mübarək, ürəyinizdəki sülh və xoşbəxtlik daim olsun! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu İctimaiyyətlə əlaqələr […]
27/03/2025
Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycanda Elm Gününün təsis edilməsi bu sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu […]
20/03/2025
Novruz yeni bir başlanğıcdır bəzən doğma ocaqda, bəzən isə uzaq üfüqlərdə. Elimizə, obamıza yaz gəlir. Hər tərəfdə baharın xoş ətri, xoş nəfəsi duyulur. Minilliklərin yaddaşından süzülüb gələn, qədim el adətlərimizi özündə birləşdirən, yeni həyat, yeni arzular ünvanı olan Novruzu hər dəfə uğurla qarşılamaq hamının arzusudur. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət […]
19/03/2025
Yapon alimləri kosmik teleskoplardan alınan məlumatları təhlil etmək üçün dərin öyrənmə modeli hazırlayıblar və qalaktikamızda əvvəllər astronomik məlumat bazalarında qeydə alınmayan qabarcıq kimi strukturlar aşkar ediblər. “Respublika” xəbər verir ki, “Publications of the Astronomical Society of Japan” nəşrlərində dərc olunan araşdırma Osaka Universitetinin professoru Toşikazu Onişinin rəhbərlik etdiyi komanda tərəfindən aparılıb. Onlar “Spitzer” və “James […]
19/03/2025
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlətimizin başçısı təbrikində bildirib: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram. Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. […]
18/03/2025
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.Torpaq çərşənbəsi Novruz bayramının sonuncu çərşənbəsidir. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir – Su, Od, Yel və ilaxır çərşənbə – Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsi və ya Axır […]