Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ülkər Səttarova: Layihə tələbələrin qlobal bazarda da asanlıqla iş tapmasına imkan verəcək

“Bu layihənin sonunda tələbələrin IT sahəsində bilik və bacarıqları xeyli artacaq. Xarici təcrübə də buna öz töhfəsini verəcək ki, onlar gələcəkdə həm lokal, həm qlobal bazarda çox asanlıqla özlərinə iş tapsınlar və bizə lazım olan səviyyədə IT biliklərinə sahib olsunlar”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) […]

Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər

Ötən ilin sonlarında Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın “Cambridge University Press” nəşriyyatı arasında əldə edilən razılaşma Azərbaycan alimləri üçün beynəlxalq elmi nəşrlərə çıxış baxımından yeni imkanlar yaradıb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, razılaşmaya əsasən, ölkənin elmi və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar “Open Access” jurnallarında məqalələrini ödənişsiz dərc etdirmək imkanı qazanıblar. Bu çərçivədə alimlər […]

Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.. Nazir çıxışında gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir […]

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır. Azərbaycan dili interfeysi artıq veb-versiyada […]

Azərbaycan və Çin birgə universitetin yaradılması imkanını müzakirə edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində sözügedən ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüşü baş tutub. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı tərəflər süni intellekt, ümumi təhsil sahəsində nəzərdə tutulan yeni təşəbbüslər, o cümlədən ali təhsil sahəsində birgə universitetin yaradılması imkanı da daxil […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib” başlıqlı icmal  yer alır. Bugünkü buraxılışın ilk səhifələrində Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans, “Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji […]

Faydalı linklər