25/02/2026
Fevralın 25-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov, Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında […]
24/02/2026
Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib. Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı çərçivəsində namizədlər Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər. Müraciət üçün son […]
24/02/2026
Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub. “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi təhsilalanın öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə […]
24/02/2026
Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” də deyirlər. Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Qədim inam və etiqadlara görə, su çərşənbəsində təbiətin dörd […]
23/02/2026
20–22 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun 12 nəfər əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə istirahət və sağlamlıq məqsədli səfər çərçivəsində Şıx Sanatoriyasında olublar. İki gün davam edən istirahət proqramı institut əməkdaşlarının sağlamlığının qorunması, iş qabiliyyətinin artırılması və kollektiv daxilində sosial münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyıb. […]
20/02/2026
Azərbaycan Elm Fondu 2026-cı il üzrə gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsini elan edib. Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqə fundamental və tətbiqi elmi-tədqiqat layihələrini əhatə edir. Qalib layihələrə 75 min manatadək maliyyə ayrılıb. Müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilərlər. Layihələrin elektron qəbulu aprelin 9-u saat 18:00-dək, çap sənədləri isə aprelin 10-u […]