Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Vikipediya”nın Azərbaycan dili bölməsi bir pillə irəliləyib

Yanvar ayının 15-də dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam oldu. Bu gün “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır. “Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Ötən ilin yalnız dekabr […]

Akademik Yusif Məmmədovu 75 illik yubiley münasibətilə təbrik edirik!

Yanvarın 24-də riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədovun 75 yaşı tamam olur. Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki […]

24 yanvar Beynəlxalq Təhsil Günüdür

Bu gün bütün dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.“Azərbaycan müəllimi” xəbər verir ki, BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO 2025-ci ildə Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib. Bu […]

“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2024-cü il üzrə hesabatı müzakirə olunub

AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2024-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın üzvləri, Bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Ümuminstitut seminarında riyaziyyat üzrə elmlər doktoru Amanov Rabil “Bəzi kvazixətti elliptik və parabolik tənliklər üçün bəzi məsələlər haqqında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə, cəmlənən sağ tərəfə malik ikinci və yüksək tərtib kvazixətti elliptik və parabolik tip […]

Faydalı linklər