Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycanı “Qlobal Təqaüd Forumu”nda təmsil edib

5-6 may tarixlərində “BMI/Global Education-Times Higher Education” tərəfindən London şəhərində “Global Scholarship Forum” keçirilib. Forumda dünyanın 50-a yaxın ölkəsindən ali təhsil sahəsində təqaüd təklif edən dövlət qurumlarının, o cümlədən nüfuzlu ali təhsil müəssisələrinin idarəçiləri iştirak edib. Forum çərçivəsində keçirilən görüşlərdə iştirakçı ölkə və universitetlərin nümayəndələri ilə Azərbaycanın ali təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, […]

Elm və Təhsil Nazirliyi dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Times Higher Education” (THE) ilə strateji əməkdaşlığa başlayır

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ölkədə ali təhsilin inkişafı məqsədilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) ilə uzunmüddətli strateji tərəfdaşlığa başlayır.Tərəfdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tədqiqat imkanlarının genişləndirilməsi və müvafiq istiqamətdə beynəlxalq nüfuzunun artırılması prosesinə THE tərəfindən dəstək göstəriləcəkdir. Bu məqsədlə ali təhsil müəssisələri üzrə data əsaslı təhlil aparılacaq və […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

08 may 2024-cü il tarixində  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov “Ridge funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Ridge funksiyalar elmin müxtəlif sahələrində vacib rol oynayır. Məsələn, onlar xüsusi törəməli […]

Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən yeni ekzoplanet öz ulduzunun yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) yerləşir. Bu isə onun səthində potensial […]

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bununla bağlı məsələlər Milli Məclisin iclasında gündəliyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət […]

ELAN

Hörmətli Həmkarlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə İyun ayının 1–i 2024–cü il tarixində institutun xanım əməkdaşları üçün Azərbaycanın səfalı guşələrindən biri olan Lerik rayonuna gəzinti təşkil ediləcək. Getmək istəyən əməkdaşlar Həmkarlar Komitəsinin sədri dos. İ.Mirzəzadəyə (otaq 514) yaxınlaşsınlar. Həmkarlar Təşkilatı © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]