Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beynəlxalq əlaqələr şöbəsi


Struktur bölmənin rəhbəri: Eldar Mehdi oğlu Abbasov
Texnika elmləri namizədi, dosent
Tel.: (+99412) 539 0221, (+99450) 640 2149
E-mail: [email protected]; [email protected]
İşçilərin ümumi sayi: 3
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Beynəlxalq əlaqələr Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. RMİ-nun “Beynəlxalq əlaqələr” şöbəsi AMEA-nın xarici elmi mərkəzlər, təşkilat və şirkətlərlə elmi əlaqələrinin genişləndirilməsi və inkişafını təmin edir. Şöbənin əsas funksiyalarına: beynəlxalq şirkətlərin nümayəndəlikləri ilə əlaqə, beynəlxalq işgüzar yazışmanın təşkili, İnstitutun elmi məhsulunun təqdim olunması, beynəlxalq konfrans və simpoziumlarda İnstitutun əməkdaşlarının iştirakı ilə bağlı təşkilati məsələlərin həlli, beynəlxalq müşavirələrin və sərgilərin təşkili daxildir.
Şöbənin əsas iş prinsipləri:

Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələrində əsas yeri ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələri tutur.
Bir çox yaxın xarici və beynəlxalq şirkət və təşkilatlar – LUKOİL; TNK BP; Sinopec, CNPC, Petrochina, CNOOC, COSL, GCC (ÇXR); İNTAS, ABŞ-ın Department of Energy (DOE), ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu və başqaları ilə əməkdaşlıq qurulmuş və inkişaf etdirilir.
Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq elmi əlaqələrdəki uğurları, əcnəbi riyaziyyatçılarla və mexaniklərlə aparılmış elmi tədqiqatların nəticələri deməyə imkan verir ki, bu gün Azərbaycanın dünyaya inteqrasiya etməsində elmimizin özünəməxsus rolu vardır. Bu rolun müəyyən hissəsi Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq elmi əlaqələrinin payına düşür.
Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələrində əsas sahəni funksional analiz; funksiyalar nəzəriyyəsi; diferensial tənliklər; riyazi analiz; riyazi fizika tənlikləri; cəbr və riyazi məntiq; qeyri-harmonik analiz; tətbiqi riyaziyyat; dalğa dinamikası; sürüncəklik nəzəriyyəsi; maye, qaz mexanikası və plastiklik nəzəriyyəsi; hesablama riyaziyyatı və informatika tədqiqatları tutur.

Faydalı linklər