09/02/2014
Struktur bölmənin rəhbəri: | Həmidulla İsrafil oğlu Aslanov Fizika-riyaziyyat elmləri doktoru, professor. |
Tel: | (012) 563-25-76, 050-637-09-02 |
E-mail: | [email protected] |
İşçilərin ümumi sayı: | 20 |
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Diferensial operatorların spektral nəzəriyyəsinin və spektral analizin düz və tərs məsələlərinin tədqiqi |
Struktur bölmənin əsas elmi nəticələri: | Banax fəzalarında operatorların spektrinin və ədədi oblastının quruluşunun tədqiqi. Birtərtibli hiperbolik tənliklər sistemi üçün yarımoxda və bütün oxda səpilmənin düz və tərs məsələlərinin həlli. Kəsilən əmsallı diferensial operatorların məxsusi funksiyalar sisteminin bazislik xassəsinin öyrənilməsi.Qeyri-requlyar sərhəd məsələlərinin məxsusi və qoşulmuş funksiyalar sisteminin çoxqat tamlığının tədqiqi. Sərhəd şərtlərində kəsilmə olduğu halda Şturum-Liuvill operatorunun tədqiqi. Normallı cəbrlərdə Tenzor radikallarının qurulması. Operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi. Elliptik operator diferensial tənliklər üçün sərhəd məsələlərinin həll oluna bilməsi. Qallton-Vatson şaxələnən prosesləri üçün limit teoremlərinin alınması. Markov prosesləri üçün qeyri-xətti sərhəd məsələlərinin tədqiqi. Çevrə üzrə ixtiyari parametrlərlə hərəkət edən hissəciklərin riyazi modelinin qurulması. |
Tədqiq edilmiş problemlərə uyğun çap edilmiş əsas elmi əsərlər: |
|