Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Gənc Riyaziyyatçılar Məktəbi”  müsabiqə keçirəcək


Son illər təhsil sahəsində intensiv islahatlar aparılır, dövrün tələbinə uyğun milli dərsliklər, dərs vəsaitləri tərtib edilir. Bu kontekstdə elm və tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq göstərməsi, akademik institutların tədris və təlimdə bu və ya digər dərəcədə iştirakı zəruridir.
2017-ci ilin fevral ayından başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Gənc Riyaziyyatçılar Məktəbi” fəaliyyətə başlamışdır. 22.02.2017-01.06.2017-ci il tarixlərində hər həftənin cümə axşamları RMİ-nin mütəxəssisləri məktəblilər və müəllimlərə elementar riyaziyyatın əlavə fəsilləri və mövzuları üzrə müxtəlif mühazirələr oxumuş, seminarlar keçirmişlər. Bütün bunlarla AMEA Riyaziyyat və Mexanika İnstitutun rəsmi veb səhifəsində – www.imm.az saytında (Gənc Riyaziyyatçılar Məktəbi bölməsində) və institutun YouTube kanalında (https://www.youtube.com/channel/UCpvJuZH8gn2yXBmjLZOooFQ)  tanış olmaq olar.

Kursların keçirilməsində məqsəd məktəblilərdə riyaziyyata marağın artırılması, xüsusi istetdadlı şagirdlərin vaxtında aşkar edilməsi, onların riyazi və elmi bacarıqlarının daha da inkişaf etdirilməsi, milli riyazi məktəbin ənənələrinin saxlanması və gələcəkdə daha da inkişaf etdirməkdən ibarətdir.

Yeni dərs ilində də bu işin davam etdirilməsi və daha da genişləndirilməsi nəzərdə tutulur. İlk olaraq “Gənc Riyaziyyatçılar Məktəbi”nə dinləyicilərin cəlb edilməsi üçün oktyabr ayında müxtəlif yaş qrupları üzrə (IV-V, VI-VII, VIII-IX, X-XI siniflər) müsabiqələr keçiriləcək.

Müsabiqənin vaxtı və keciriləcək yeri haqqında əlavə məlumat veb səhifəmizdə yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər