Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellektə malik robot ilk dəfə insanları fiziki cəhətdən üstələdi

İsveçrənin Sürix Texniki Ali Məktəbinin (ETH Zurich) tədqiqatçıları məşhur “Labirint” oyununda insanları məğlub edən “CyberRunner” adlı süni intellektli robot yaradıblar. İlk dəfədir ki, süni intellekt öz fiziki bacarıqlarından istifadə edərək insanları məğlub edir. Əvvəllər süni intellekt insanları virtual şahmat, qo və ya kart oyunlarında məğlub etməklə yalnız intellektual qabiliyyətlərini nümayiş etdirib. Təcrübələr zamanı neyroşəbəkə ilə […]

Düşüncələri yazıya çevirən sistem hazırlanır

Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə  fantastik filmlərdə gördüyümüz ağlasığmaz  texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən “BrainGPT” adlı sistem hazırlanır. Sistem  bir növ EEG və ya Elektroensefaloqramma kimi  beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn  beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi.

20 dekabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin ümuminstitut seminarında Azərbaycan Neft və Sənaye Universitetinin fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Lokal kompakt qruplarda ehtimal ölçülərinin A-ergodikliyi ” mövzusunda məruzəsi dinlənildi. Məruzədə lokal kompakt qruplarda iki ölçünün ümumiləşmiş bürünməsinin ergodikliyinin araşdırılmasına baxıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarəti ilə bağlı xəbər yer alıb. Qəzetin ikinci və üçüncü səhifələrində “Azərbaycan-Özbəkistan elmi əlaqələri yeni inkişaf mərhələsində” başlıqlı AMEA prezidenti akademik İsa Həbibbəylinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına səfərinə dair yazı dərc edilib. Bundan əlavə, qəzetdə “Ulu Öndər […]

Prezident İlham Əliyev: Azərbaycan müəllimlərinin XVI qurultayı “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi ilə əlamətdardır

Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb. “Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. […]

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir

Qurultaya 1600-dən çox nümayəndə qatılıb Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb. Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan […]