Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2017-ci ildə apardığı tədqiqatlar və əldə etdiyi elmi nəticələr haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2017 hesabat ili müddətində Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş prioritet istiqamətlər proqramına uyğun olaraq 18 mövzu və 104 iş üzrə (75-i riyaziyyat, 29 isə mexanika olmaqla) tədqiqatlar aparılmışdır. İnstitutda elmi-tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 6 istiqaməti (5-i riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir.

Hesabat ilində yeddi elmi iş mühüm nəticə kimi qəbul edilmişdir: 1. “Üçüncü tərtib diferensial operatorların məxsusi funksiyaları üzrə ayrılışların yığılması”. İcraçı: prof. Vəli Qurbanov. İş çap olunub: В.М.Курбанов, Ю.Г.Аббасова “Сходимость спектрального разложения функции из класса по собственным вектор-функциям дифференциального оператора третьего порядка”. Украинский Математический Журнал 2017, т. 69, № 6, стр. 719-733. 2. “Dəyişən dərəcəli çəkili Lebeq fəzalarında Kolmoqorov tipli kompaktlıq meyarı, Riss potensialı və onun kommutatorunun Orliç fəzalarında məhdudluğu üçün meyarlar”. İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev, AMEA-nın professoru, r.e.d. Rövşən Bəndəliyev. İş çap olunub: F. Deringoz, V.S. Guliyev, S.G. Hasanov, Riesz potential and its commutators on Orlicz spaces. Journal of Inequalities and Applications, (2017) 2017:75, 18 pp. (İF-0.791, Q2). 3.“Hardi siniflərində əmsallı eksponent sistemin hissəsinin freymlilik xassələri” İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov, dosent Səbinə Sadıqova. İş çap olunub: Bilalov B.T., Sadıqova S.R. Frame properties of the part of a system of exponents with degenerate coefficient in Hardy classes. Georgian Mathematical Journal, 24(3)(2017), 325-338(İF-0,290, Q4). 4. “Puankare bərabərsizliyi üçün Soyer tipli kafilik şərti”. İcraçılar: prof. Fərman Məmmədov, doktorant Yaşar Şükürov. İş çap olunub: Farman Mamedov, Yashar Shukurov, A Sawyer-type sufficient condition for the weighted Poincaré inequality, Positivity 1-13 Springer International Publishing. 5. “Xətti və qeyri-xətti diferensial operatorların struktur xassələri”. İçraçı: prof. Ziyatxan Əliyev. İş çap olunub: Ziyatkhan S. Aliyev, Sevinc B. Guliyeva, Properties of natural frequencies and harmonic bending vibrations of a rod at one end of which is concentrated inertial load, Journal of Differential Equations, 263 (9) (2017), 5830-5845 (if – 1.988, Q1). 6. “İdarəedici funksiyada gecikməsi olan kəsilməz və diskret sistemlərdə təsvir olunan optimal idarəetmə məsələləri üçün zəruri şərtlər”. İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov, f-r.e.d., prof. Telman Məlikov. İş çap olunub: Misir J. Mardanov, Telman K. Melikov Analogue of the Kelley condition for optimal systems with retarded control, International Journal of Control. 90(7)(2017),1299-1307 (IF =1.880, Q1). 7. “Heterogen maye axınlarında sərhəd qatlarının qeyri-stasionar proseslərə təsirlərinin tətbiqi”. İcraçılar: AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, t.e.n., dos. Eldar Abbasov. İş çap olunub: Шахвердиев А.Х., Панахов Г.М., Аббасова Э.М. Влияние физико-химических свойств и обводненности пластового флюида на эффективность газлифта // Нефтяное хозяйство, №6. 2017. – С. 72 – 76.

AMEA Riyaziyyat və Mexanika İnstitutu, Sumqayıt Dövlət Universiteti ilə birgə 25-26 may 2017-ci il tarixində “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

02 noyabr 2017-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutu Bakı Dövlət Universiteti ilə birgə görkəmli alim, bacarıqlı elm təşkilatçısı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Rusiya Federasiyasının Kaluqa şəhərində Kaluqa vilayətinin Təhsil və Elm nazirliyi, Rusiya Federasiyası Hökuməti nəzdində Maliyyə Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə birgə 16-17 noyabr 2017-ci il tarixində “İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” adlı III Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 06-08 dekabr 2017-ci il tarixində əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri və tətbiqləri” adlı Beynəlxalq konfrans keçirilmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutu, Bakı Şəhər Təhsil İdarəsi ilə birgə “Gənc riyaziyyatçılar məktəbi” yaradılmış və 22 fevral 2017-ci il tarixindən xüsusi fəaliyyət proqramı ilə işə başlamışdır. Ümumilikdə 14 tədbir keçirilmiş, onlardan 11-i mühazirə, 3-ü isə seminardır. “Gənc Riyaziyyatçılar Məktəbinin” fəaliyyəti və dərslərin video çəkilişləri RMİ-nin rəsmi veb səhifəsində – www.imm.az saytında (Gənc Riyaziyyatçılar Məktəbi bölməsində) və institutun YouTube kanalında (https://www.youtube.com/channel/UCpvJuZH8gn2yXBmjLZOooFQ) geniş işıqlandırılır.

Hesabat ilində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı həftədə bir dəfə olmaqla öz fəaliyyətini davam etdirmişdir. Seminarda institut əməkdaşları ilə yanaşı xarici ölkələrdən gəlmiş alimlərin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsinin «Riyazi analiz» kafedrasının professoru Qaraxan Mirzəyev və elə həmin universitetin professoru Andrey Fursikovun məruzələri dinlənilmişdir.

Hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 386 elmi əsəri – 140-ı xaricdə olmaqla 198 məqalə, 71-i xaricdə olmaqla 167 tezis, 15 elmi populyar nəşr, həmçinin 3 kitab, 1 monoqrafiya və dərs vəsaiti işıq üzü görmüşdür. Məqalələrdən 67-si “Thomson Reuters” beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında çap edilmişdir. Əməkdaşların məqalələrinə 1300 isnad olmuşdur.

Hesabat ilində elmi kadrların hazırlanması istiqaməti üzrə RMİ-da D 01.111 dissertasiya şurasında 7-i elmlər doktoru və 8-i fəsəfə doktoru olmaqla 15 nəfər müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər