Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mirzə Həsən Rüşdiyyə (1851-1944) kim olub?


– Mirzə Həsən Rüşdiyyə (1851-1944) kim olub?

Təbrizdə müasir təlim-tərbiyə üsullarını yaymaq istəyən görkəmli maarifçi Güney Qafqaza gəldi. Onun məqsədi, özünün yazdığı kimi, təlimin yeni metodlarını və məktəb açmaq qaydalarını öyrənmək idi.

Bir müddət İrəvanda yaşayan Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə İrəvan şəhərində məktəb açdı. Beş il orada böyük müvəffəqiyyətlə çalışdıqdan sonra həmin məktəbi 1888-i ildə tərk edərək zəngin təcrübə ilə Təbrizə qayıtdı və orada “Mədrəsəye – Rüşdiyyə” adlı yeni tipli məktəb açdı. Lakin onun bu xeyirxah fəaliyyəti mürtəce fikirli insanların müqavimətinə rast gəlir. Onlar Mirzə Həsən Rüşdiyyənin məktəbdə həyata keçirdiyi yenilikləri dini və milli xəyanət hesab edərək məktəbi bağladılar. Buna baxmayaraq o, 1893-cü ildə “Rüşdiyye-ye müzəffəriyyə” adlı məktəb açmağa müvəffəq oldu.

Seyid Cəvər Pişəvəri yazmışdı: “Mirzə Həsən Rüşdiyyənin təsis etdiyi məktəblər doqquz dəfə bağlansa da, o, öz fikrindən əl çəkmədi, yeni məktəbdə yeni əlifba əsasında Azərbaycan dilində tədris işini davam etdirdi.” Bu məktəb Səfəvilər dövründən sonra Cənubda ana dilində olan ilk Azərbaycan məktəbi idi. O, “Vətən dili” dərsliyini 1888-ci ildə tərtib etmiş və 1894-cü ildə Təbrizdə nəşr etdirmişdi.

Mirzə Həsən Rüşdiyyə 1897-ci ildə Tehranda əvvəlcə “Əncüməni-maarif” adlı bir cəmiyyət təşkil etmiş, sonra isə “Rüşdiyyə” adlı yeni məktəb açmağa nail olmuşdu.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər