Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (VII hissə)


Tusinin məntiqi irsi haqqında. Or­ta əsrlərin Yaxın Şər­­­­­qində yunan elmi irsinin bütün elm sahələrinə təsiri da­nıl­mazdır. Bun­ların arasında bütün dövrlər üçün aktuallığını sax­la­yan Aristotelin (e.ə. 384-322) məntiqi irsi xüsusi önəm da­­şı­yır. Təsadüfi de­­­yil ki, Aristotel klassiklərimiz tə­rə­fin­dən “Bi­rin­ci müəl­lim” sa­yılmış və ona “Sahib əl-məntiq” (“mən­ti­qin sahibi”) ləqəbi ve­ril­mişdir. Şərq məntiqçiləri Aristo­tel ir­si­nin tam da­şı­yı­cı­­sı olmaqla ya­naşı, onu daha da inkişaf etdirmişlər. əl-Kin­di, əl-Farabi, İbn Sina, İbn Rüşd və orta əsr­­lərin digər u­ni­­ver­sal zəka sa­hib­ləri məntiq elminə diqqət a­yır­­mış, əsərlər yaz­mış­­lar. N.Tusi də bu sahədə fundamental əsərlər yazmış və öz töhfəsini vermişdir.

Fəlsəfi məsələlərin ə­sas­­­lan­ma­sı üçün məntiqin tətbiqi ilə bağlı olan əsərləri və ey­ni bir ə­sə­rin müxtəlif versiyalarını nəzərə almasaq, döv­rü­müzə kimi N.Tu­­­­­si­nin ənənəvi məntiqə həsr edilmiş dörd ə­sərinin gəlib çat­­dığını söyləmək olar.

Bunların arasında böyük həcmli “Əsas əl-iqtibas” (əsər fars dilində yazıl­mış­dır) traktatı ən fundamental əsərdir. İkinci əsər Əbu Əli əl-Huseyn ibn Abdullah ibn Sina­nın (980-1037) “əl-İşarat vət-tənbihat” (“İşa­rələr və öyüd­lər”) ki­­­ta­bı­­na N.Tusinin şərhlərindən ibarət “əş-Şərh “əl-İ­şa­­rat vət-tən­­­bi­hat”” (“İşa­rə­lər və öyüdlər”ə şərhlər) əsəri­dir (əsər ərəb di­lin­də­dir). Əsə­rin İbn Si­na­­nın baxışlarının müdafiəsində və ye­ni­dən can­lan­ma­sın­da bö­yük rolu ol­muş­dur. “Əş-şərh “əl-İşarat vət-tənbi­hat”” əsə­ri­nin mənti­qə həsr edil­miş bi­rin­ci hissəsi 2004-cü ildə Əlyazmalar İnstitutunun əməkdaşı Söhrab Bayramov tə­rəfindən Azər­­baycan dilinə tərcümə edilərək, ayrıca ki­tab şəklində nəşr edilmişdir.

Üçüncü əsər N.Tusinin müasiri olmuş Əsir əd-Din əl-Əb­­­hə­­rinin (1263-cü ildə vəfat edib) “Tənzil əl-əfkar” kitabının tənqidinə həsr edil­miş “Tədil əl-meyar fi nəqd tənzil əl-əfkar” əsəridir.

Dördüncü əsər isə N. Tusinin “Təcrid əl-məntiq” traktatıdır. Rəzəvi qeyd edir ki, “Təcrid əl-məntiq” 1258-ci ildə yazılıb. Bu əsər də ənənəvi məntiq el­­mi­nə və onun məsələlərinin işıq­lan­dı­rıl­ma­sına həsr edil­miş­dir. Əsər özünün yığcamlığı və lakonik fi­­kir­lə­ri ilə seçilir. Buna bax­mayaraq,  bu­ra­da ə­nə­nə­vi məntiqin  bütün məsələləri  öz əksini tap­mış­­dır. Bu barədə N.Tusi ki­ta­bın əvvəlində ya­zır:

“Rəhman, rəhim olan Allahın adı ilə.

Allaha şükr edənlərin həmdilə şükr edir, Mühəmməd və o­nun pak ailəsinə salavat göndəririk.

[Mətləbə gəldikdə isə] məntiqin özəklərini və o­nun məsələlərini sistematik şəkildə ayırıb, la­ko­nik­liyin (yığcamlığın) və izahların in­ci­ləri ilə tə­min et­mək istədik. Belə ki, bilən üçün o­nun təkrarı, öy­rənmək istəyənlər üçün isə yadda sax­lanması yüngül ol­sun. Bu özəkləri doqquz fəsildə tərtib et­dik”.

Əsər 2012-ci ildə E.Məmmədov tərəfindən azərbaycan dilinə tərcümə edilərək, ön söz və şərhlərlə birlikdə nəşr edilmiş, 2015-ci ildə isə Əli Əliyev tərəfindən rus dilinə çevrilmişdir.

N.Tusinin əksər əsərləri kimi “Təcrid əl-məntiq” əsəri­ni də bir sıra alimlər dəfələrlə şərh etmişlər. Bunların ara­sın­­da N.Tu­si­nin tələbəsi Əllamə Hillinin şərh­lə­rindən iba­rət “Cövhər ən-nəzid fi şərh “Təcrid əl-məntiq”” əsəri [12] xüsusilə məş­hur­dur. Kiataba ya­­­zılan ön söz­də aşa­ğı­dakı qeydlə rast­la­­şırıq:

“…[N.Tusi] çox güman ki, onu (yəni “Təcrid əl-məntiq”i) “Təcrid əl-eti­qad” ki­ta­­bı­na giriş kimi yazmışdır. Çünki fəlsəfənin məntiqə eh­ti­ya­cı ol­du­ğu kimi, kəlam elminin də məntiqə ehtiyacı var. Xü­susilə Xa­­cə [N.Tusi nəzərdə tutulur] kəla­mı fəlsəfi üs­lub­­da ya­zaraq, ona daha çox fəlsəfi məzmun ver­miş­dir. Buna görə də, onun şagirdi olan Əllamə Hilli “Təcrid əl-e­­ti­qad” kitabını şərh etdiyi kimi bu kitabı da şərh edə­rək, onu “Cöv­hər əl-nəzid fi şərh “Məntiq əl-təcrid”” ad­lan­­dır­mış­dır”

Materialın təhlilindən aydın olur ki, çox vaxt Hillinin şərh­­lə­ri N.Tusinin İbn Sinanın “Əl-işarat vət-tənbihat” ə­sə­­­­ri­nə ver­di­yi şərhlərlə üst-üstə düşür.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər