Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

11 Fevral Beynəlxalq Qadınlar və Qızların Elmdə İştirakı Günüdür


Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.  Bü günün əsas məqsədi  savadlı gənc alim xanımlarımızı yetişdirmək və onları cəmiyyətə təgdim etməkdir.  Bunu da qeyd etmək olar ki, hətta bəzi ölkələr var ki, orda  xanımlarımız  nəin ki, oxuyub yazmağı bacarmır hətta müasir  texnologiyanın bəzi  üsullarından istifadə etməyə bacarmırlar. Amma əminliklə deyə bilərik ki,  hər zaman Azərbaycanda elmə xüsusi diqqət ayrılmışdır. Sevindirici haldır ki, bu gün bütün fəaliyyət sahələrində xüsusilə də elmdə, təhsildə ön sıralarda qərar tutan ağıllı və yüksək biliyə malik qızlarımızın sayı  günü-gündən artmaqdadır.  Qadınlarımızın təhsildə və elmdə iştirakı ilə bağlı dövlət siyasətini uğurla həyata keçirilməsinə Azərbaycan Respublikasının birinci vitse -prezidenti Mehriban xanım Əliyeva xüsusi  diqqət və qayğı ilə yanaşır.  Keçən il  İSESKO tərəfindən Qadınlar ili elan edilmişdir və Mehriban xanım həmin tədbirdə çıxış edərək Azərbaycanın 1918-ci ildə qadınlara seçmə və seçilmək hüququnu verən ilk  ölkələrdən biri olaraq, tarixə düşdüyünü və müsalman şərqində ilk dünyavi qızlar məktəbinində məhs  azərbaycanlı  xeyriyyəçi  Hacı Zeynəlabdin Tağıyev tərəfindən  1901-ci ildə Bakıda yaradıldığını xatırlatmışdır.

Elmimizdə şox savadlı xanım alimlərimiz olmuşdur. Onlar özləri üçün bir məktəb yaradıb  və onların davamçıları  bu gündə öz töhfələrin elmə verirlər. Alimlərimizə Azərbaycan Milli Elmlər Akademiyasının  alademikləri Zərifə Əliyeva, Aida İmanquliyeva, Sara Aşurbəyli, Firuzə Vəliyeva və daha bir çox xanım alimlərimizi  misal olaraq göstərmək olar.

Statistik göstəricilərə əsasən qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Azərbaycan xanım alimləri hər zaman   elmə töhfələrini verməklə yanaşı  cəmiyyətdə də öz sözlərinin deməyə bacarıblar.

Bu gün qürurla qeyd etmək olar ki, müxtəlif  dövrlərdə elmdə böyük uğurlara imza atmış qadın alimlərimiz elm sahəsi ilə məşğul olan qızlar  və gənc xanımlar üçün əsl örnəkdir.

525.az

Faydalı linklər