Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

20.04.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzəsinin davamı olacaqdır. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin […]

E L A N

19.04.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret […]

E L A N

18.04.2018–ci il saat 11:00-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr edilib. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya […]

E L A N

18.04.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nəbiyev İbrahim Mayıl oğlu “Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən halda Şturm-Liuvill operatorunun bərpası üçün kafi şərtlər haqqında məlumat vermək nəzərdə tutulur. Əlavə>> © Bütün […]

Tədqiqatçılar iynəsiz peyvənd etməyə imkan verən qurğu hazırlayıblar

Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar. “Naked Science” portalı xəbər verir ki, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə “MucoJet” qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını […]

“Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Faydalı linklər