Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

Niyə məhz Akademiya?

Tanıdığımız, fəaliyyət istiqamətlərinə bələd olduğumuz saysız-hesabsız elm ocaqları mövcuddur. Elmi müəssisə, təşkilat dedikdə, ilk növbədə göz önünə akademiya gəlir. Bəs, niyə məhz akademiya? Bu sual ətrafında heç düşünmüsünüzmü? Həyatda heç bir şey təsadüfi olmadığı kimi, “Akademiya” adı da təsadüfən seçilməyib. Bəşər yaranandan saysız-hesabsız alimin yetişdiyi elm məbədgahı bir zamanlar Afina yaxınlığında yaşayan mifik qəhrəman Akademinin […]

E L A N

12.04.2018 –ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidovun “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. […]

“Qeyri-hamar sərhədlərdə Lay potensialları ” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosenti Oqtay Qiyas oğlu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edib. Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

E L A N

06.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosentı Oqtay Qiyas oglu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Alimlər tərəfindən karbon nanoborulu tükənməz su filtri hazırlanıb

Bu sahədə araşdırmalar Roçester Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib. Mütəxəssislərin sözlərinə görə, yeni kəşf suda olan zəhərli yağıntıların təmizlənməsi üçün faydalı olacaq. Ekspertlər karbon nanoboruların suyu təmizləmək üçün səmərəli vasitə olduğunu və tükənməz su filtri kimi istifadə oluna biləcəyini hesab edirlər. Bildirilib ki, gel və aktivləşdirilmiş kömür əsasında hazırlanan filtrlər karbon filtrlərdən fərqli olaraq […]

Faydalı linklər