Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

02.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda dos. Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər barədə danışılacaq. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes […]

“C0(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxliğı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda AMEA-nın professoru, “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəndəliyev Rövşən Əlifağa oğlu “C0∞(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxlığı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda məruzə edib. Məruzədə C0∞(Ω) fəzasının dəyişən dərəcəli  Lp(x)(Ω) fəzasında 0 < p(x) < 1 olduqda sıxlığı və bu fəzada kompaktlıq haqqında olan Kolmoqorov-Riss […]

E L A N

31.01.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda çıxış edəcək. Məruzədə indefinit çəki funksiyalı və Dirixle sərhəd şərtli ikinci tərtib yarı-xətti müntəzəm elliptik tənliklər üçün qeyri-xətti məxsusi […]

E L A N

31.01.2018 ci il saat 10:00 –da Ümuminstitut seminarında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəndəliyev Rövşən Əlifağa oğlu “C0∞(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxliğı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə C0∞(Ω) fəzasının dəyişən dərəcəli  Lp(x)(Ω) fəzasında 0 < p(x) < 1 olduqda sıxlığı və bu fəzada kompaktlıq haqqında olan Kolmoqorov-Riss […]

“Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə” mövzusunda seminar keçirilib

“Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d. Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxıldı. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün kafi şərtlər […]

Faydalı linklər