Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

03.05.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dovlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “ALTINCI TƏRTİB BİR PSEVDOPARABOLİK TƏNLİK ÜÇÜN DİRİXLE MƏSƏLƏSİNİN İKİ MÜXTƏLİF QOYULUŞU” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda seminarı keçirilib

Bu gün AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunun davamı dinlənilmişdir. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında geniş məlumat verilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

03.05.2017-ci il tarixində saat 12:00-da ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi f.-r.e.n. Elçin Musa oğlu Məmmədov mövzu ilə bağlı məruzə edəcəkdir. Məruzə zamanı Li qrupu haqqında məlumat veriləcək və onun diferensial tənliklərə tətbiqi göstəriləcəkdir. Qrupun invariantının köməyi ilə xüsusi törəməli diferensial […]

“Riyazi analiz” şöbəsinin “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olub. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01.05.2017-ci il saat 12:00-da AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunun davamı olaraq məruzəsi olacaqdır. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçiriləcək. Seminarda dos. Sevda İsayeva “Akustik sərhəd şərtləri” adlı mövzu ilə çıxış edəcək. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər