Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

28.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar […]

Diferensial tənliklər” şöbəsinin “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda seminarı keçirilib

Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

26.04.2017-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi  sualları.  t -freymlər.  Separabel olmayan hilbert fəzalarında  hesabi olmayan freym anlayışı ” mövzusunda məruzə edəcəkdir. Hilbert və Banax fəzalarında freymlərə baxılır və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında […]

“Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda “Elastiklik və plastiklik” şöbəsinin seminarı keçirilib

“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.n., dosent Zeynalova Tamilla Yusif qızı “Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda məruzə edib. Məruzədə əyri strukturlu laylı ortotrop düzbucaqlı lövhənin dayanıqlığında böhran qüvvəsinə strukturdakı əyrilik parametrlərinin təsiri məsələsi müzkirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

26.04.2017-сi il tarixində saat 13.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Rəsulova Nazilə Bilal qızı “Qalın divarlı, düzbucaqlı prizmanın dinamikasına dair söhbətlər” mövzusunda çıxış edəcəkdir. Qalın divarlı, düzbucaqlı yarımsonsuz prizmanın dinamikasına aid məsələlərə baxılır. Ümumiyyətlə fərz edilir ki, en kəsiyində bir cüt qarşı divarın qalınlığı o biri cütdən fərqlidir. Yan divar səthlərində […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər