“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin müəllimi Miqdad İsmayılov “Bir sinif üçüncü tərtib diferensial tənliklərin həlli” mövzusunda çıxış edib. Məruzədə bir sinif üçüncü tərtib xüsusi törəməli diferensial tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş həllinin varlığı və yeganəliyi haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2018-ci ilin ilk Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında ADİU-nun “Riyaziyyat” kafedrasının professoru Musa Alməmmədov “Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda məruzə edib. Məruzədə bütün oxda dördtərtibli inteqro-differensial operatorun həllərinin asimptotikası, rezolventası və spektri araşdırılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
19.01.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə lay və ikiqat lay potensiallarının […]
17.01.2018-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin müəllimi Miqdad İsmayılov “Bir sinif üçüncü tərtib diferensial tənliklərin həlli” mövzusunda çıxış edəcəkdir. Məruzədə bir sinif üçüncü tərtib xüsusi törəməli diferensial tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş həllinin varlığı və yeganəliyi haqqında danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]
17.01.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında ADİU-nun “Riyaziyyat” kafedrasının professoru Musa Alməmmədov “ Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda məruzə edəcəkdir. Bütün oxda dördtərtibli inteqro-differensial operatorun həllərinin asimptotikası, rezolventası və spektri araşdırılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılıb. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün […]