11.10.2017 –ci il saat 10.00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunacaq. © Bütün hüquqlar qorunur. […]
04.10.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edəcəkdir. Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılacaq. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder şərtini ödəməsi […]
Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İkinci tərtib subdiferensial” mövzusunda çıxış edib. Məruzədə müəllif tərəfindən verilən ikinci tərtib subdiferensialın bəzi xassələri haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər” mövzusunda çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və bir hiperbolik tənliklər sistemi üçün akustik qoşmalıq şərti daxilində qarışıq məsələnin zəif həllinin varlığı, güclü həllinin isə varlığı və yeganəliyi haqqında […]
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda məruzə edib. Məruzədə hamar olmayan əmsallı dominant qarışıq törəməli bəzi tənliklər üçün klassik və klassik olmayan Dirixle məsələlərinin ekvivalentliyi isbat olunub, məsələnin korrekt həll […]
28.09.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İkinci tərtib subdiferensial” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllif tərəfindən verilən ikinci tərtib subdiferensialın bəzi xassələri öyrəniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.