Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

08.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Soltanağa oğlu Mirzəyev  “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılacaq.

“ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə etmişdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılmışdır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

ELAN

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

Riyaziyyat və Mexanika İnstitutunda 26 il rəhbərlik etmiş akademik Fəraməz Qəzənfər oğlu Maqsudovun 85 illik yubileyi ilə əlaqədar 18.03.2015-cü il saat 11:00-da anım tədbiri keçiriləcək

FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOV – 1930-cu il martın 20-də – Novruz bayramında Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultiəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, adi aspirantdan, Riyaziyyat və Mexanika İnstitutunyn direktoru və Azərbaycan […]

E L A N

11.03.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru  Arif Səlimov “Anti-Hermit həndəsənin inkişafında son nəticələr” mövzusunda məruzə edəcəkdir. Siqnaturası neytral olan qoşma Norden metrikasının ödədiyi Kodassi tənliyinin vasitəsilə Hermit çoxobrazlılarının alt sinifi olan anti-Keler-Kodassi çoxobrazlıları müəllif tərəfindən daxil edilmişdir.  Daha sonra Ricci-ulduz tenzorları təyin edilərək, onların köməkliyi  ilə anti-Keler-Kodassi çoxobrazlılarının xarakteristikası […]

ELAN

04.03.2015 tarixində ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Fuad Seyfəddin oğlu Lətifovun“Möhkəm-ləndirilmiş anizotrop silindrik örtüyün mühitlə rəqsləri və dayanıqlığı”  mövzusunda çıxışı olacaqdır.  Çıxış aşağıdakı  məsələləri əhatə edəcək:   1) möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə birgə rəqsləri; 2) möhkəmləndirilmiş anizotrop, qeyri-bircinc  silindrik örtüyün maye ilə birgə rəqsləri; 3) möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki […]

Faydalı linklər