Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

17.12.2014-cü il saat 10.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar Elman oğlu İsmayılov “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılacaqdır. Daha sonra birqat və ikiqat gizli laya […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov məruzə edib

Dekabrın 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim edilib. İzomorfizm haqqında nəticələr, həllərin qiymətləndirilməsi, spektrin […]

E L A N

12 dekabr 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Bəhruz Kərimbala oğlu Ağarzayevin “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və Aynur Hidayət qızı Həsənovanın “Parabolik tip tənliklər üçün bir sıra […]

E L A N

10.12.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Sasun oğlu Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim ediləcək. Bir sıra hallarda, sərhəd şərtləri qeyri-requlyar, […]

“Güclü sönən dalğa tənlikləri ilə yaranmış dinamik sistemlərin sonlu ölçülü asimptotik davranışı” mövzusunda Ümuminstitut seminarı keçirilib

Dekabrın 3-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Türkiyə Cümhuriyyəti, Koç Universitetinin Riyaziyyat bölümünün professoru Vərqa Kələntərov “Güclü sönən dalğa tənlikləri ilə yaranmış dinamik sistemlərin sonlu ölçülü asimptotik davranışı”  mövzusunda məruzə edib. Məruzədə utt + f(u)ut – bΔut – Δu + g(u) = h,      x ∈Ω,     t > 0   (1) şəklində olan qeyri-xətti güclü sönmüş dalğa tənliyi üçün […]

E L A N

03.12.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə Cümhuriyyəti, Koç Universitetinin Riyaziyyat bölümünün professoru Vərqa Kazım oğlu Kələntərov «Güclü sönən dalğa tənlikləri ilə yaranmış dinamik sistemlərin sonlu ölçülü asimptotik davranışı» mövzusunda məruzə edəcəkdir. Məruzədə utt + f(u)ut – bΔut – Δu + g(u) = h,      x ∈Ω,     t > 0   (1) şəklində olan qeyri-xətti güclü sönmüş dalğa […]

Faydalı linklər