Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 1130– da AMEA-nın dairəvi akt zalında əməkdaşlarımız üçün “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimləri keçiriləcək. Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər. İcbari tibbi sığorta haqqında ümumi məlumat İcbari tibbi sığorta haqları İcbari […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 21 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da Mehriban Məmməd qızı Yaqubovanın “Üç tərtibli bəzi xüsusi törəməli diferensial tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat elm […]

AMEA-nın Elm qəzetinin 19 sentyabr 2022-ci il tarixli nömrəsində AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə böyük elmi işçi -(1 ştat vahidi) vəzifəni tutmaq üçün musabiqə elanı dərc edilib

Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 19 sentyabr 2022-ci il tarixli “Elm” qəzetində dərc olunmuş Elana əsasən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. V mərtəbə, 510-cu otaq, mühəndis-proqramlaşdırıcı Pərvanə Məsdan qızı Nəcəfova. E-mail: [email protected] Telefon:  539-91-92, AMEA Riyaziyyat […]

ELAN

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən  ED 1.04 dissertasiya şurasının 14 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-də  Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər […]

ELAN

12 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında prof. Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə bütün oxda impedans şəkilli kəsilən əmsallı diferensial tənlik üçün düz və tərs məsələlərə baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

12.10.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda çıxış edəcəkdir. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi, möhkələndirilmiş  düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik  lövhələrin sərbəst rəqsləri […]

Faydalı linklər