Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

ELAN

Hörmətli həmkarlar! 06 oktyabr 2025-ci il tarixində, saat 14:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edəcək. Tədbir institutun akt zalında baş tutacaq. Əməkdaşların iştirakı vacibdir. © Bütün […]

ELAN

01.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda Bakı Dövlət Universitetinin II kurs magistrantı Vüqar Əli oğlu Quliyev “Üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və inkişafı tarixindən […]

AzMİU-da tanınmış alman alimi Holm Altenbachın iştirakı ilə vörkşop keçiriləcək

Hörmətli həmkarlar! Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim Holm Altenbachun iştirakı ilə vörkşop keçiriləcək. Seminar və görüşlərin proqramı: 29 sentyabr (Bazar ertəsi), 10:30 – 13:00“Sürüncəklik mexanikasının tarixi və elmi qrupun nəticələri” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317) 30 sentyabr […]

ELAN

Hörmətli həmkarlar! 28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi tərəfindən əməkdaşlarımız üçün Şamaxıya bir günlük gəzinti təşkil olunur. Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şamaxıda keçiriləcək bu gəzinti sizə təbiət qoynunda istirahət etmək, gündəlik iş rejimindən uzaqlaşmaq və kollektivlə xoş vaxt keçirmək imkanı yaradacaq. Gəzintidə iştirak etmək istəyən əməkdaşlardan Həmkarlar Komitəsinin […]

ELAN

24.09.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və […]

ELAN

17 sentyabr 2025-ci il tarixində saat 11:00- da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Elmi Şuranın növbəti iclası keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər