Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib. İclasda institutun rəhbərliyi şura üzvləri, şöbə müdirləri iştirak ediblər. İclasa sədrlik edən institutun elmi işlər üzrə direktor müavini r.e.d., professor Ədalət Axundov gündəlikdə müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. Professor Ə.Axundov institutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə […]

AzMİU-da İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun […]

Elmi seminarın növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 23 aprel 2024-cü il tarixli iclasında Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclasın sədri fizika- riyaziyyat […]

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə […]

Ölkələr süni intellekt təhsilinə maliyyəni artırır

Dünya ölkələri süni intellekt və rəqəmsal texnogiyaların təhsildə tətbiqi sahəsində səylərini gücləndirir. Artıq bir sıra ölkələr öz vətəndaşlarını süni intellektə əsaslanan bir dünyada etibarlı həyat şəraiti, təminatlı yaşayışa hazırlamaqda böyük təşəbbüs göstərirlər. Onlardan bəziləri bunlardır: Kanada bu həftə birbaşa süni intellektə əsaslanan kompüterin yaradılmasına 2,4 milyard ABŞ dolları həcmində investisiya paketi elan edib. Fevral ayında […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 19 aprel 2024-cü il tarixli iclasında saat 1400–da Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat […]

Faydalı linklər