19/01/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və […]
17/01/2022
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin […]
14/01/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin 2022-ci ildə ilk sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşü, 2021-ci ildə […]
14/01/2022
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar birliklərinin üzvü Etibar Nadiroğlunun həmmüəllif olduqları “Gədəbəyin alim qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev nəşr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib […]
14/01/2022
Bu gün 2022-ci il yanvarın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri, riyaziyyat üzrə ilk elmlər doktoru, ilk akademik, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Zahid Xəlilovun məzarını ziyarət etdilər. Zahid İsmayıl oğlu Xəlilov 1911-ci […]
14/01/2022
14 yanvar 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Sarvan […]