Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara alıram:  1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatına verilsin. 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında […]

Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib. A.Əlizadə bildirib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq. Bunun üçün ölkənin bütün elmi qurum […]

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib

Yanvarın 17-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şuranın üzvləri iştirak ediblər. Tədbirdə AMEA-nın prezidenti, akademik […]

AMEA Riyaziyyat və Mexanika İnstitutu 162 saylı məktəbin “Kiçik Akademiya”sı ilə əməkdaşlıq edəcək

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev və məsul katibi elmi işçi Aida Quliyeva E.Əliyev adına 162 saylı orta məktəbdə görüş keçiriblər. Məktəbin direktoru Sevinc Abbasova rəhbərlik etdiyi qurumda yaradılan “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri, orada həyata keçirilən tədbirlər və gələcək perspektiv planlar haqqında qonaqlara […]

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini […]

“Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi, f.-r.e.n, dosent Bəşirov MirNamik Mirəhmədağa oğlu “Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edib. Məruzədə Anizotrop […]

Faydalı linklər