05.12.2018- ci il saat 10:00-da Ümuminstitut seminarında Funksional analiz şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Cəmlənən əmsallı Dirak operatorunun kök vektor-funksiyalar sisteminin besselliyi və bazisliyi ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Dirak operatorunun kök funksiyalar (məxsusi və qoşulmuş funksiyalar) sisteminin L22(G),G = (0,2π) fəzasında besselliyi və şərtsiz bazisliyi (Riss bazisliyi) üçün zəruri və kafi […]
04/12/2018
“Springer Nature” beynəlxalq nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib. […]
04/12/2018
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər […]
04/12/2018
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda məktəbyaşlı uşaqların böyük əksəriyyəti ibtidai təhsildən kənarda qalırdı. Qafqaz Tədris Dairəsinin 1900-cü ilə olan məlumatına görə, Azərbaycanda cəmi 172 ibtidai məktəb fəaliyyət göstərirdi. 1902-ci ildə Yelizavetpol və Bakı quberniyalarında məktəblərin sayı 230-a çatdı. Onlardan 135-i Yelizavetpol (Gəncə) quberniyasında idi ki, burada 8761 şagird təhsil alırdı. Bakı quberniyasındakı […]
03/12/2018
– Azərbaycan müəllimlərinin I qurultayı nə vaxt olub? Qurultay 1906-cı ilin avqust ayının 15-dən 28-nə qədər keçirilib (Bakıda). Qurultay dövlət və canişinlik qarşısında aşağıdakı məsələləri qaldırdı: – Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini müsəlman mərkəzlərindən birinə köçürmək; – həmin şöbəni müəllimlər seminariyasına çevirmək; – həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək; – müsəlman müəllimlərinin […]
03/12/2018
26-29 noyabr 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L. D. Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş “Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” […]